1990-cı il 20 Yanvar hadisələri, keçmiş Sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktıdır. Qanlı faciədə 137 nəfər öldürülüb, 744 nəfər yaralanıb və 800 nəfər həbs edilib. Bu hadisə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.